Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi

Daşdəmirov Arzu Arif oğlu


Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinin rəisi polis general-mayoru Daşdəmirov Arzu Arif oğlu

1964-cü ildə Lənkəran şəhərində anadan olmuşdur. 1991-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. 1982-1984-cü illərdə Silahlı Qüvvələrin sıralarında hərbi xidmət keçmişdir.
1992-ci ildən daxili işlər orqanlarında xidmət edir.

1992-2016-cı illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aparatının müxtəlif struktur qurumlarında inspektor, əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, Baş Cinayət Axtarışı İdarəsinin şöbə rəisi, Baş idarənin rəis müavini vəzifələrində işləmişdir.
11.07.2016-cı ildə Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.

Cinayətkarlığa qarşı mübarizədə, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsində, ictimai təhlükəsizliyin mühafizəsində xidməti vəzifələri yerinə yetirərkən fərqləndiyinə görə müxtəlif mükafatlara layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 01 iyul tarixli 988 nömrəli Sərəncamı ilə “İgidliyə görə” medal ilə təltif edilmişdir.
Ailəlidir. İki övladı var.




Çap et  Çap et