Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi

İdman həyatı


Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən ali hakimiyyətə qayıdışından sonra bütün sahələrə artan diqqət və qayğıdan idmana da böyük pay düşdü. Ölkə gənclərinə artan dövlət qayğısı onlara cəmiyyətdə özünütəsdiq və potensiallarını  reallaşdırmaq  imkanlarını daha da genişləndirdi. Azərbaycan gəncliyinin artan uğurları sırasında onların dünyanın idman meydanlarında qazandığı daha əzəmətli, daha möhtəşəm qələbələr idman tariximizin şanlı səhifələrinə çevrildi. Bu nailiyyətlərin əldə edilməsində DİN İdman Cəmiyyətinin yetirmələrinin,əsas vəzifəsi cinayətkarlıqla mübarizə olan polis əməkdaşlarınında böyük əməyi var.

Ölkə idmançılarımızın qələbə əzmi onların sıralarının genişlənməsində,  diqqət və qayğının artmasında,  yarış təcrübələrinin möhkəmlənməsində daha aşkar şəkildə özünü göstərdi. Artıq onlar dünya və qitə yarışlarında, beynəlxalq turnirlərdə daha inamla çıxış etməyə başladılar. Respublikamızda Olimpiya idman növləri ilə yanaşı qeyri-olimpiya növlərinin inkişafı üçün də münbit mühit yaradıldı.
Ölkəmizdə idman infrastrukturunun durmadan inkişafı, idmançılarımızın mötəbər qələbələri beynəlxalq idman ictimaiyyətinin diqqətindən yayınmadı və bu səbəbdən ölkəmiz Avropa və dünya çempionatlarının, beynəlxalq turnirlərin yeni ünvanı kimi tanınmağa başladı. İlk Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsi qərarı da dövlətimizin dünyada idman ölkəsi kimi tanınmasının əyani təzahürüdür.

Müstəqillik illərində sıralarında 2 Olimpiya çempionu, 5 mükafatçısının, onlarla dünya və Avropa çempionları yetirmiş DİN İdman Cəmiyyətində daxili işlər orqanlarının  şəxsi heyətinin fiziki hazırlığının, güc, dözüm kimi keyfiyyətlərinin artırılması və sağlamlığının qorunması başlıca fəaliyyət istiqamətlərindən biri kimi daim diqqət mərkəzindədir. Bu məqsədlə İdman Cəmiyyətinin əməkdaşları vaxtaşırı ərazi polis orqanları və hissələrdə olur, əlbəyaxa döyüş, fiziki hazırlıq üzrə təlimat keçirlər. Vaxtaşırı keçirilən DİN çempionatlarında ayrı-ayrı idman növləri üzrə ən yaxşı nəticə göstərən əməkdaşlar müəyyən edilir.

Sıralarımızda xidmət edən Olimpiya çempionları-DİN DQBİ-nin İdman komandasının  rəisi, polkovnik-leytenant Namiq Abdullayevin, DİN İdman Cəmiyyətinin sədr müavini, polis polkovnik-leytenantı Zemfira Meftahəddinovanın, BDYPİ-nin əməkdaşı, polis kapitanı Elnur Məmmədlinın, Olimpiya Oyunlarının mükafatçılarından Şəmkir RPŞ-nin əməkdaşı, polis mayoru Mövlud Mirəliyevin, DİN DQBİ-nin hərbi qulluqçusu, mayor İradə Aşumovanın, Nərimanov RPİ-nin əməkdaşı, polis mayoru, sambo üzrə yeddiqat dünya çempionu Ceyhun Məmmədovun, Gəncə ŞBPİ-nin əməkdaşı, polis kapitanı dördqat dünya çempionu Hakim Nəzərəliyevin zəngin və şərəfli idman yolu gənc idmançı əməkdaşlarımız üçün nümunədir.
Öz fəaliyyətində Azərbaycan idmanının şanlı ənənələrini yaşadan və buna öz töhfələrini verən DİN İdman Cəmiyyətinin yetirmələri bundan sonra da ölkə idmanının şöhrətini daim uca tutmaq yeni-yeni qələbə raportları ilə həmvətənlərimizi sevindirmək əzmindədir.
 
2014-cü ildə DİO əməkdaşlarının əldə etdikləri uğurlar




Çap et  Çap et