Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi

DİO-ya xidmətə qəbulla əlaqədar minimal fiziki normativlər


DAXİLİ İŞLƏR ORQANLARININ SIRAVİ, KİÇİK VƏ ORTA RƏİS HEYƏTİ VƏZİFƏLƏRİNDƏ XİDMƏTƏ QƏBUL ÜÇÜN MİNİMAL FİZİKİ HAZIRLIQ NORMATİVLƏRİ


Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin tələblərinə müvafiq olaraq, daxili işlər orqanlarında xidmətə qəbul olunan şəxslərin fiziki hazırlıq səviyyəsi daxili işlər orqanlarının 30 yaşına qədər olan əməkdaşları üçün müəyyən edilmiş tapşırıqlar və normativlər əsasında yoxlanılır. Bu tapşırıqlar və onların yerinə yetirilməsi üzrə minimal normativlər:

Kişilər üçün

Qaçış: 100 (yüz) metrə - 15 saniyə, 1000 (min) metrə - 4 dəqiqə;
Turnikdə dartınma - 6  dəfə;
Qolların üzərində bədənin döşəmədən qaldırılıb-endirilməsi - 18 dəfə;
Arxası üstə uzanmış vəziyyətdə gövdənin döşəmədən qaldırılıb-endirilməsi-18 dəfə.


Qadınlar üçün

Qaçış: 100 (yüz) metrə - 19 saniyə, 1000 (min) metrə - 5 dəqiqə 30 saniyə;
Arxası üstə uzanmış halda əllərin boyun ardında darağlanmış şəkildə döşəmədən bədənin qalxıb-endirilməsi - 18 dəfə.





Çap et  Çap et