Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi

Məhkumluğun olması (olmaması) barədə arayışların verilməsinə dair məlumat


Şəxslərə məhkumluğun olması (olmaması) barədə arayışların verilməsində daha əlverişli və rahat şərait yaradılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi  Kollegiyasının 17 yanvar 2013-cü il tarixli Q2-001-13 nömrəli qərarına əsasən vətəndaşlarin qəbulu və həmin arayışların verilməsi Nazirliyin Baş Əməliyyat və Statistik İnformasiya idarəsi, şəhər, rayon polis idarə və şöbələri, habelə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli 706 nömrəli Fərmanına müvafiq olaraq məhkumluq haqqında arayışlar eyni zamanda Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən  "ASAN xidmət" mərkəzlərində verilir.

Belə arayışın alınması üçün Azərbaycan Respublikası vətəndaşı, ölkədə yaşayan əcnəbi və vətəndaşlığı olmayan hər bir şəxs özü, özünün iştirakı mümkün olmadıqda Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada verilmiş etibarnamə ilə müvəkkil etdiyi şəxs, yetkinlik yaşına çatmayan, qəyyumluq və himayədarlıq təyin olunmuş şəxsin əvəzinə isə onun valideyni və ya qanuni nümayəndəsi şəxsiyyətini təsdiq edən sənəd təqdim etməklə ərizə ilə muraciət etməlidir.

Ölkə ərazisində yaşamayan Azərbaycan Respublikası vətəndaşları və əvvəllər respublikada yaşamış əcnəbilər, vətəndaşlığı olmayan şəxslər göstərilən məsələ üzrə eyni məzmunlu ərizə ilə Azərbaycan Respublikasının xarici ölkələrdəki Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə müraciət edə bilərlər.

Müraciətə 1 (bir) iş günü ərzində baxılır.

"Şəxslərə məhkumluğun olması (olmaması) barədə arayışların verilməsinə dair Təlimat"ın tam mətni "Faydalı məlumatlar" bölməsində yerləşdirilmişdir.

Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi





Çap et  Çap et