Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Vətəndaşlardan təşəkkür məktubları

15 dekabr 2017
Lerik rayon Qılqılov kənd sakini Hidayət Zaidov göndərdiyi məktubda yazır ki, ona məxsus iki baş iribuynuzlu mal-qaranın oğurlanması ilə əlaqədar RPŞ-yə müraciət edib. Polis əməkdaşlarının məsələyə çevik reaksiyası nəticəsində oğrular beş gün sonra tapılaraq məsuliyyətə cəlb edilib və mal-qara sahibinə qaytarılıb. H.Zaidov bu işdə əməyi keçən bütün polis əməkdaşlarına, xüsusilə müstəntiq, polis mayoru Altay Mirzəyevə, polis serjantları Çingiz Orucov və Şəmsəddin Nəsirova minnətdarlıq edir.
15 dekabr 2017
Sabunçu rayon Bakıxanov qəsəbəsi sakini Mahirə Mirişova göndərdiyi məktubda yazır ki, R.Qasımov adlı şəxs onu aldadaraq dələduzluq yolu ilə ondan 17.000 ABŞ dolları alıb. Bununla bağlı vətəndaş Qaradağ RPİ-yə müraciət edib. İstintaq şöbəsinin əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində M.Mirişovaya dəymiş maddi ziyan tam ödənilib. Vətəndaş buna görə DİN rəhbərliyinə və Qaradağ RPİ-nin İstintaq şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.
15 dekabr 2017
Binəqədi rayonunda məskunlaşmış, Ağdam rayonundan məcburi köçkün olan Fazil Nəsibov DİN-ə ünvanladığı məktubda yazır ki, ailə münaqişəsi zəminində yaranmış problemlə bağlı Ağdam RPİ-yə müraciət edib. Polisin müdaxiləsi nəticəsində qısa müddət ərzində problem öz obyektiv həllini tapıb. F.Nəsibov buna görə RPİ-nin rəisi, polis polkovniki Elçin Qasımov və polis mayoru Niyazi Bayramovun timsalında bütün daxili işlər orqanları əməkdaşlarına minnətdarlıq edir.
14 dekabr 2017
Sumqayıt şəhər sakini Akif Həsənov DİN-ə ünvanladığı məktubunda yazır: “Azyaşlı övladımın hərarəti yüksək həddə catmışdı. Təcili yardım ilə telefon bağlantısı alınmadığından “102” Xidməti Zəng Mərkəzinə zəng vurdum. Hec beş dəqiqə keçməmişdi ki, təcili yardım gəldi. Polisin hər bir sahədə ilk olaraq bizlərə göstərdiyi çevik köməyə görə daxili işlər orqanları əməkdaşlarına minnətdarlığımı bildirirəm”.
14 dekabr 2017
Tovuz rayon Qaraxanlı kənd sakini Nüsrət Nəsirli DİN-ə ünvanladığı məktubunda Yol Patrul Xidməti əməkdaşlarının fəaliyyətindən razılığını ifadə edir.
14 dekabr 2017
Bakı şəhər sakini Gülnaz Abdullayeva yazır: “Oktyabrın 30-da iki nəfər gecə saatlarında quldurluq yolu ilə evimə daxil olaraq əllərimi və ayaqlarımı yapışqan lentlə bağlayıb məndən pul tələb etdilər. Onlar evimdəki 3880 manatı götürüb aradan çıxdılar. Mən özümə gəldikdən sonra bu barədə polisə məlumat verdim. Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının səyi nəticəsində quldurluq edən şəxslər qısa müddət ərzində tutuldular və layiqli cəzalarını aldılar. Buna görə də mən polisimizə təşəkkür edirəm”…
14 dekabr 2017
Bakı şəhər sakini Taleh Həmidov DİN-ə ünvanladığı məktubda uzun illər qəzalı vəziyyətdə yaşadığı evin son günlər yaşayış üçün yararsızlığı barədə və kömək üçün Suraxanı Rayon Polis İdarəsinə etdiyi müraciətdən sonra ona göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirir.
14 dekabr 2017
Sumqayıt şəhər sakini Qafur Mustafayev üzləşdiyi problemlə bağlı etdiyi müraciətə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində baxıldığına və aparılan araşdırmalardan sonra hər şeyin qanun çərçivəsində öz həllini tapdığına, həmçinin “102” Xidməti Zəng Mərkəzi əməkdaşlarının operativliyinə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.
14 dekabr 2017
Sumqayıt şəhərində müvəqqəti məskunlaşan Laçın rayon sakini Qəşəng Bayramova üzləşdiyi problemin aradan qaldırılmasında göstərdiyi köməyə görə Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin rəisi Bayram Zeynalova minnətdarlığını ifadə edir.
14 dekabr 2017
Gəncə şəhər sakini Qalib Qarayev göndərdiyi təşəkkür məktubunda sabitliyin keşiyində ayıq-sayıq dayanan, əmin-amanlığı qoruyan Azərbaycan Polisinə təşəkkür edir.