DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Famil Nəzərov üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində müsbət həll olunmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını ifadə edir.

Sosial şəbəkə istifadəçisi Ülkər Əhmədova müraciətinə çevik reaksiya verilərək müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü yazır. 

Vətəndaş İlkin Əhmədov tanışının ondan götürdüyü borcu geri qaytarmadığı üçün polisə üz tutduğunu, müraciətinə operativ reaksiya verildiyini, pulunun ona qaytarıldığını qeyd edir və buna görə Nərimanov RPİ 16-cı Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir.

Sumqayıt şəhər sakini Sərxan Cəfərov ictimai asayişin və ictimai qaydanın qorunmasında Azərbaycan Polisinin xidməti fəaliyyətini təqdir edir.

Bakı şəhər sakini İlahə Həmidova üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Suraxanı RPİ 33-cü Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Əcnəbi turist Morteza Xosrevi üzləşdiyi problemin müsbət həllini tapmasında ona göstərdikləri köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Şəhid övladı Türkanə Dərbazlı onlara göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyinə və şəxsi heyətinə təşəkkürünü bildirir.

Vətəndaş Ağamirzə Ayatov probleminin həllini tapmasında ona göstərdikləri köməkliyə görə Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasını yüksək dəyərləndirir.

Yardımlı rayon sakini, Qarabağ müharibəsi veteranı Mayilxan Əliyev cinayətkarlıqla mübarizədə qətiyyət nümayiş etdirdiklərinə görə Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir. O, Azərbaycan Polisinin xidməti fəaliyyətini təqdir edir.