DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Quba rayon sakini Xəlil Xəlilov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə Quba RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Quba rayon sakini Xəyalə Əliyeva etdiyi müraciətinə həssaslıqla yanaşılıb müsbət həll edilməsinə görə Quba RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Şəki rayon sakini Vüsal Əliyev məktubunda göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Mingəçevir şəhər sakini Kənan Nəsrullayev müraciətinin müsbət həll olunmasına görə Mingəçevir ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Göyçay rayon sakini Yaqub Hacıyev müraciətinin müsbət həllinə görə Göyçay RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Göyçay rayon sakini Elnur Abdullayev göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Ağsu rayon sakini Sənan Kərimov müraciətinin müsbət həll olunmasına və dəymiş maddi ziyanın ödətdirilməsinə görə Ağsu RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Vüsal İsayev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət aldığını, hadisəni araşdıran Nərimanov RPİ-nin əməkdaşlarının ona diqqət və qayğı ilə yanaşdıqlarını və dəymiş maddi ziyanın ödətdirilməsinə köməklik göstərildiyini qeyd edərək DİN rəhbərliyinə və Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Quba rayon sakini Qorxmaz Xeyrullayev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxılaraq müsbət həll olunduğuna və dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.