DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Taleh Mansurov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə həssas yanaşılmasına və qısa müddətdə həllini tapmasına görə Səbail RPİ-nin 9-cu PB-nin şəxsi heyətinə minnətdarlıq edir.

Bakı şəhər sakini Ağaverdi Həsənov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda aparılan araşdırmadan razılıq edir, səmimi qəbula və göstərilən diqqətə görə Suraxanı RPİ-nin şəxsi heyətinə təşəkkürünü bildirir.

Ağdam rayon sakini Şərafət Şükürova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda məktubunda Quba rayonunda gəzinti zamanı səhəttində problem yarandığını qeyd edir və orada xidmətdə olan polis əməkdaşlarının onun xəstəxanaya çatdırılmasında göstərdikləri köməkliyə görə BDYPİ-nin şəxsi heyətinə minnətdarlıq  edir.

Quba rayon sakini Elvin Qəribov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə dərhal reaksiya verilməsinə və probleminin qısa müddətdə həllini tapmasında göstərilən köməkliyə görə Quba RPŞ-nin şəxsi heyətinə təşəkkürünü bildirir.

Lənkəran rayon sakini Əvəz Mürsəlov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Azərbaycan Polisinin xidmətindən razılıq edir və Lənkəran RPŞ-nin şəxsi heyətinə minnətdarlıq edir.

Astara rayon sakini Şaməddin Əsədov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Azərbaycan polisinin xidmətindən razılıq edir, səmimi qəbula və göstərilən diqqətə görə Astara RPŞ-nin şəxsi heyətinə təşəkkürünü bildirir.

Lənkəran rayon sakini Orxan Mürsəlzadə DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda aparılan araşdırmadan razılıq edir və Lənkəran RPŞ-nin şəxsi heyətinə minnətdarlıq edir.

Bakı şəhər sakini İlqar Quliyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə dərhal reaksiya verilməsinə və dəymiş ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Nəsimi RPİ-nin şəxsi heyətinə təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Nəzrin Nurullayeva DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda baş vermiş yol-nəqliyyat hadisəsilə bağlı etdiyi müraciətə obyektiv baxılmasına və göstərilən köməkliyə görə Nərimanov RPİ-nin şəxsi heyətinə minnətdarlıq edir.