DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sosial şəbəkə istifadəçisi Anar Umayev probleminin aradan qaldırılmasında göstərilən köməkliyə görə Xəzər RPİ 3-cü Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Aygün Şərifova müraciətinə operativ reaksiya verilərək müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Nəsimi RPİ-nin əməkdaşlarına təşəkkürünü ifadə edir.

Sosial şəbəkə istifadəçisi Rizvan Həsənov üzləşdiyi avtomobil qəzası zamanı düşdüyü çətin vəziyyətdən çıxmasında ona göstərdikləri köməkliyə görə Pirallahı RPİ Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarına minnətdarlığını yazır. 

Vətəndaş Cəmilə Adıgözəlova onu narahat edən məsələnin müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Naxçıvan MR DİN-in əməkdaşlarına təşəkkürünü bildirir. 

Bakı şəhər sakinləri Ağakamal Məmmədov və Nuranə Mursaquliyeva pozulmuş hüquqlarının bərpa olunmasında göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə minnətdarlıqlarını ifadə edirlər. 

Sosial şəbəkə istifadəçisi Fərid Ağayev üzləşdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı obyektiv və operativ araşdırmanın aparılmasına görə Nərimanov RPİ-nin əməkdaşlarına təşəkkürünü yazır. 

Vətəndaş Ülkər Nağıyeva taksi şirkətlərinin birində fəaliyyət göstərən sürücü tərəfindən təhqirə və şantaja məruz qalması barədə polisə müraciət etdiyini, həmin şəxsin qısa müddət ərzində müəyyənləşdirilərək qanun çərçivəsində məsuliyyətə cəlb olunduğunu yazır. Hüquqlarının müdafiəsində, eləcə də qorunmasında göstərdikləri köməkliyə görə Yasamal RPİ 28-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir. 

Sosial şəbəkə istifadəçisi Orxan Allahverdiyev tanışının ondan götürdüyü borcu geri qaytarmadığı üçün polisə üz tutduğunu, müraciətinə operativ reaksiya verildiyini qeyd edir və buna görə Səbail RPİ 39-cu Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü ifadə edir. 

Sosial şəbəkə istifadəçisi Təbriz Rüstəmov müraciətinə operativ reaksiya verilərək müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Azərbaycan Polisinə minnətdarlığını yazır.