Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Vətəndaşlardan təşəkkür məktubları

04 noyabr 2017
Oğuz rayon sakini Məruzə İsayeva şikayət ərizəsinə qısa müddət ərzində baxıldığı və məsələnin tez bir zamanda öz həllini tapdığı üçün DİN rəhbərliyinə təşəkkür edir.
04 noyabr 2017
Bakı şəhər sakini Fərid Məmmədov minnətdarlıq məktubunda yazır ki, onlara dəymiş ziyanın ödətdirilməsi ilə bağlı etdikləri müraciətə Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən obyektiv baxılmış, onların haqlı olduğu sübuta yetirilmişdir. Buna görə, vətəndaş DİN rəhbərliyinə və BŞBPİ-nin əməkdaşlarına öz dərin təşəkkürünü bildirir.
04 noyabr 2017
Binəqədi rayonu 276 nömrəli məktəbin direktoru, əməkdar müəllim Bəhram Şiriyev yazır ki, bu gün polisimiz cinayətkarlıqla ciddi mübarizə aparmaqla, asayişin keşiyində ayıq-sayıq durmaqla yanaşı, həm də gələcəyimiz olan gəncliyimizi, fidan balalarımızı düşünüb narkomaniyayla mübarizədə də qətiyyətini əsirgəmir. Bu məqsədlə rayonun bütün məktəblərində tədbirlər keçirilir, qapımızı səssiz döyən bəlanın qarşısını almaq üçün maarifləndirməyə xüsusi önəm verilir.
04 noyabr 2017
Məktəbə gedərkən övladına qarşı əxlaqsız hərəkət etmək istəyən şəxsin məsuliyyətə cəlb edilməsinə görə Bakı şəhər sakini İlham Qasımov Nərimanov Rayon Post-Patrul Xidmətinin əməkdaşı, polis serjantı Elşən Namazlıya minnətdarlıq edir.
04 noyabr 2017
Astara rayon Suparibağ kənd sakini Qurbani Əsgərov və bir qrup kənd sakini bir müddət əvvəl baş vermis sel fəlakəti zamanı polislərimizin şücaətini yüksək qiymətləndirir, onlara təşəkkür edirlər.
03 noyabr 2017
Şabran rayonundan bir qrup sakin vətəndaşların əmin-amanlıq şəraitində yaşaması üçün üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirdiklərinə, humanist yanaşmaya və səmimi münasibətə, həmçinin həmkarlarımızın fəaliyyəti nəticəsində yollarda hərəkətin yüksək səviyyədə nizamlandığına, avtoxuliqanlara, avtomobili içkili vəziyyətdə idarə edənlərə qarşı sərt mübarizə tədbirləri görüldüyünə, piyada keçidlərinin bərpasına, yeni işıqforların quraşdırılmasına görə Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Əli Mərdanova və Dövlət Yol Polisi Bölməsinin rəisi, polis kapitanı Nazim Kərimova minnətdarlıqlarını bildirirlər.
03 noyabr 2017
Bakı şəhər sakini Mehdi Rəhimov DİN-ə ünvanladığı təşəkkür məktubunda yaşadığı ərazidə qanunazidd əməllərə qarşı mübarizədə polisin rolunu yüksək qiymətləndirir.
03 noyabr 2017
Beyləqan rayon I Şahsevən kənd sakini Bəxtiyar Abdullayev DİN-ə ünvanladığı təşəkkür məktubunda daxili işlər orqanları əməkdaşlarından razılığını bildirir.
03 noyabr 2017
Bakı şəhər sakini Malik Qurbanov DİN-ə ünvanladığı təşəkkür məktubunda sahibkarlıqla məşğul olduğu ərazidə xidmət aparan, asayişi qoruyan həmkarlarımızdan minnətdarlığını ifadə edir.
03 noyabr 2017
Ağdam rayon sakini Rövşən Nəsirov etdiyi müraciətə çevik reaksiya verdiyinə və obyektiv araşdırmaya görə Rayon Polis Şöbəsinin təhqiqatçısı Nicat Talıbova minnatdarlığını bildirir.