DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Sumqayıt şəhər sakini Aytəkin Bayramova üzləşdiyi problemlə bağlı müraciətinə çevik reaksiya verilməsinə və obyektiv baxılmasına görə Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Röyal Xanəliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı göndərib. O, müraciətinə çevik reaksiya verilərək müsbət həll olunmasında göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Quba rayon sakini Nahid İsmayılov müraciətinə operativ baxılmasına və diqqətlə yanaşılmasına görə Quba Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Abşeron rayon sakini Sevda Əmənova üzləşdiyi dələduzluqla bağlı müraciətinə operativ baxılmasına və aparılan obyektiv araşdırmalara görə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Mingəçevir şəhər sakini Nərminə İsmayılova müraciətinə çevik reaksiya verilərək aparılan obyektiv araşdırmalara görə Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.  

Bakı şəhər sakini Seymur İbrahimov müraciətinə qısa müddətdə baxılmasına və ona hüquqi izahın verilməsinə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir. 

Ağsu rayon sakini Səbirxan Həzrətov üzləşdiyi dələduzluqla bağlı müraciətinə çevik reaksiya verilməsinə, göstərilən diqqət və qayğıya görə Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Quba rayon sakini Azad Abdullayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, o cümlədən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə görə Quba RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Qusar rayon sakini, Quba Rayon Mərkəzi Xəstəxanasının direktoru Əliyar Sərvərov ağır vəziyyətdə olan xəstəni əməliyyat edəcək həkimin xəstəxanaya tez çatmasına köməklik göstərilməsinə görə Quba RPŞ-nin rəhbərliyinə minnətdarlığını bildirir.