DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Quba rayon sakini Əfqan İmaməliyev aldadılaraq adına kredit götürülməsi ilə bağlı etdiyi müraciətinə  həssaslıqla yanaşılmasına, eləcə də müsbət həll edilməsinə görə DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Quba rayon sakini Vüqar İsayev müraciətinin obyektiv araşdırılmasına, eləcə də  ona dəymiş ziyanın tam ödətdirilməsinə görə DİN rəhbərliyinə və Quba  RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Quba rayon sakini Rəvan Salmanov onlayn yolla dələduzluğa məruz qalması ilə bağlı etdiyi müraciətinə həssaslıqla yanaşılmasına və ona dəymiş ziyanın tam ödətdirilməsinə görə DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Quba rayon sakini Xamid Şərifov bank kartından pulunun oğurlanması ilə bağlı etdiyi müraciətinə həssaslıqla yanaşılmasına və ona dəymiş ziyanın tam ödətdirilməsinə görə DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Quba rayon sakini Kənan Şükürov dələduzluğa məruz qalması ilə bağlı etdiyi müraciətinə həssaslıqla yanaşılmasına və ona dəymiş ziyanın tam ödətdirilməsinə görə DİN rəhbərliyinə və Quba  RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Şamaxı rayon sakini Vüsal Babayev müraciətinin obyektiv araşdırılmasına görə, DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Mingəçevir şəhər sakini Gülnarə Hacıyeva müraciətinin müsbət həll olunmasına və ona dəymiş maddi ziyanın ödətdirilməsinə görə, Baş İstintaq və Təhqiqat İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Mingəçevir şəhər sakini Xəzər Məmmədov xidməti vəzifələrini layiqincə yerinə yetirdiklərinə görə, Mingəçevir ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Ağsu rayon sakin İsmayıl İsmayılov müraciətinə obyektiv baxıldığına və dəymiş maddi ziyanın ödətdirilməsinə görə, Ağsu RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.