DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Vətəndaş Naidə Hadiyeva etibarından sui-istifadə edərək tanıdığı şəxsin pulunu ələ keçirdiyini, bununla bağlı polisə müraciət etdiyini yazır və dəymiş maddi ziyanın ödətdirilməsində ona göstərdikləri köməkliyə görə Nərimanov RPİ İstintaq Şöbəsinin əməkdaşlarına minnətdarlığını ifadə edir. 

Bakı şəhər sakini Səba Abbasova müraciətinə operativ baxılaraq probleminin müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Yasamal RPİ Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarına təşəkkürünü yazır. 

Naxçıvan MR Şərur şəhər sakini Zeynəb Həsənova etdiyi müraciətə operativ baxılaraq probleminin müsbət həll olunmasında əməyi olan Şərur RPŞ-in əməkdaşlarına minnətdarlığını bildirir. 

Sosial şəbəkə istifadəçisi Aysel Əhədzadə keçmiş həyat yoldaşı tərəfindən təhdid olunması ilə bağlı müraciət etdiyini, problemin qısa zaman kəsiyində aradan qaldırıldığını qeyd edir və buna görə Nərimanov RPİ 16-cı Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü ifadə edir. 

Bakı şəhər sakini Amil Abdullayev üzləşdiyi dələduzluqla bağlı etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında, eləcə də dəymiş maddi ziyanın ödətdirilməsində ona göstərdikləri köməkliyə görə Səbail RPİ 41-ci Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını yazır. 

Sosial şəbəkə istifadəçisi Ulduz Əliyeva dəymiş maddi ziyanın ödətdirilməsində ona göstərdikləri köməkliyə görə Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Sosial şəbəkə istifadəçisi Pərvanə Qafarlı müraciətinə operativ baxılaraq onu narahat edən məsələnin həllini tapmasında göstərdikləri köməkliyə görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. O, vətəndaş müraciətlərinə həssaslıqla yanaşılmasını yüksək dəyərləndirir.

Bakı şəhər sakini Samirə Eminova müraciətinə operativ baxılaraq itirdiyi pulunun tez bir zamanda tapılıb ona qaytarılmasında göstərdikləri köməkliyə görə Səbail RPİ-nin 39-cu Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə istifadəçisi Tamella Mərdanova baş vermiş yol-nəqliyyat hadisəsi zamanı operativ və obyektiv araşdırma aparılmasına görə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. O, vətəndaşlara göstərilən diqqət və qayğını yüksək dəyərləndirir.