DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Qalib Əliyev müraciətinə operativ reaksiya verilərək probleminin müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Nəsimi Rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirir. 

Vətəndaş Ağasəməd Nuriyev ona qarşı törədilən dələduzluq faktı ilə bağlı şikayətinə operativ baxılaraq həmin şəxsin saxlanılıb istintaqa təhvil verilməsində göstərdikləri köməkliyə görə başda DİN rəhbərliyi olmaqla Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Naxçıvan Muxtar Respublikası, Culfa rayon sakini Uğur Babayev müraciətinin müsbət həll olunmasında göstərdikləri köməkliyə görə Culfa Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkür edir. 

Sosial şəbəkə istifadəçisi Cəmil Hüseynov bir neçə nəfər tərəfindən döyülməsi ilə bağlı etdiyi müraciətə operativ baxılaraq həmin şəxslərin tutulub istintaqa təhvil verilməsində göstərdikləri  köməkliyə görə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir. 

Bakı şəhər sakini Cəmalə Qələndərova müraciətinə operativ baxılaraq ona dəyən maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Sosial şəbəkə istifadəçisi Arzu İsmayılova etdiyi müraciətə operativ baxılaraq onu narahat edən məsələnin müsbət həllini tapmasında göstərdikləri köməkliyə görə başda DİN rəhbərliyi olmaqla Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir. 

Göyçay rayon sakini Həsən Qasımov müraciətinin müsbət həll olunmasına görə, Göyçay RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

İsmayıllı rayon sakini Aynur Ağayeva DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin müsbət həll olunmasına və dəymiş maddi ziyanın ödətdirilməsinə görə, İsmayıllı RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Zaqatala şəhər sakini Xamisət Borayeva müraciətinin obyektiv araşdırılmasına görə, Zaqatala RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.