Axtarış

Virtual Karabakh Karabakh Justice for khojaly

Vətəndaşlardan təşəkkür məktubları

21 iyul 2017
Abşeron rayon Hökməli kənd sakini Eldəniz İlyasov DİN-ə ünvanladığı təşəkkür məktubunda yol polisinin fəaliyyətindən razılığını bildirir.
21 iyul 2017
Kürdəmir rayon Cəyli kənd sakini Sabir Rüstəmov DİN-ə ünvanladığı təşəkkür məktubunda asayişin qorunmasında, cinayətkarlığa, narkomaniyaya və digər qanunazidd əməllərə qarşı mübarizədə polisin rolunu yüksək qiymətləndirir.
21 iyul 2017
Sumqayıt şəhər sakini Qəşəng Bayramova məktubunda yol polisi əməkdaşlarının fəaliyyətindən razılığını bildirir və buna görə DİN rəhbərliyinə minnətdarlıq edir.
21 iyul 2017
Bakı şəhər sakini Aysel Aliyeva DİN-ə ünvanladığı məktubunda yazır ki, yolda köməksiz vəziyyətdə qaldığı zaman, ilk növbədə YPX əməkdaşları onun köməyinə çatıblar. Vətəndaş yaranan problemin aradan qaldırılmasında göstərdikləri dəstəyə görə polisə təşəkkürünü bildirir.
21 iyul 2017
Gədəbəy rayon Arıxdam kənd sakini Telman Abdullayev lazımi sənədlərin alınmasında ona göstərilən köməyə görə DİN rəhbərliyinə minnətdarlıq edir.
21 iyul 2017
Quba rayon sakini Sadiq Mehdiyev və Sumqayıt şəhər sakini Rövşən Mustafayev göndərdikləri məktublarında Azərbaycan polisinin fəaliyyətindən razılıqlarını bildirir, onların cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin və təhlükəsizliyin təmin edilməsindəki rolunu yüksək qiymətləndirirlər.
21 iyul 2017
Tərtər rayon sakini Abbas Şirinov göndərdiyi məktubunda bildirir ki, DİN rəhbərliyinə etdiyi müraciətdən sonra şikayətinə RPŞ-nin əməkdaşları tərəfindən baxılıb və ona dəymiş maddi ziyan ödətdirilib. Vətəndaş buna görə DİN rəhbərliyinə təşəkkür edir.
18 iyul 2017
Bakı şəhər sakini Rasim Bəylərbəyov göndərdiyi məktubunda yazır ki, itirdiyi mobil telefon Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının səyi nəticəsində qısa müddət ərzində tapılıb. Vətəndaş buna görə 26-cı Polis Bölməsi əməkdaşlarına, xüsusilə, əməliyyat müvəkkili, polis leytenantı Vüqar Ələkbərliyə təşəkkürünü bildirir.
18 iyul 2017
Binəqədi rayon sakini Ehtiram Mikayılov DİN-ə ünvanladığı məktubunda yazır ki, həyat yoldaşını şəxsi avtomobilində xəstəxanaya apararkən yolda tıxacla üzləşib. Bu zaman ərazidə xidmət aparan Yol-Patrul Xidmətinin əməkdaşları onun köməyinə gəliblər və həyat yoldaşının tez bir zamanda xəstaxanaya çatdırılmasını təmin ediblər. E. Mikayılov göstərdikləri köməyə görə həmin polis əməkdaşlarına dərin minnətdarlığını bildirir, daxili işlər orqanlarında bu cür insanların çalışmasından qürur hissi keçirdiyini vurğulayır.
18 iyul 2017
Nardaran qəsəbə sakini Heydər Atayev məktubunda lazımi sənədlə tez bir zamanda təmin edildiyi üçün DİN rəhbərliyinə təşəkkür edir.