DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Nərimanov rayonu ərazisində yerləşən klubda əcnəbi vətəndaşın cibindən pul və sənədlərini oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini M.Mehdiyeva saxlanılmışdır

23.03.2018

Martın 21-də Nərimanov rayonu ərazisində yerləşən klubda əcnəbi vətəndaş Cavad Nuravkən Davudun cibindən içərisində 14000 ABŞ dolları, sürücülük vəsiqəsi, hərbi bilet və bankomat kartları olan pul kisəsi oğurlanmışdır.

Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakini Məftunə Mehdiyeva saxlanılmışdı.

Onun Nəsimi RPİ tərəfindən Cinayət Məcəlləsinin 177 (oğurluq) və 180-ci (soyğunçuluq) maddələri ilə axtarışda olması da müəyyən edilmişdir.

23.03.2018 tarixinə olan kriminal məlumatlar