DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Bərdə rayon sakini V.Xanməmmədovun evindən oğurluq törətməkdə şübhəli bilinərək saxlanılmış şəxslərin digər cinayətinin üstü açılıb

23.03.2018

Ötən ilin dekabr ayında Bərdə rayon sakini Vahid Xanməmmədov RPŞ-yə ərizə ilə müraciət edərək evindən 5000 manat pulunun oğurlandığı barədə məlumat verib.

Məlumatla əlaqədar RPŞ-də cinayət işi başlanılıb, əməliyyat-axtarış tədbirləri aparılıb.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bərdə rayon sakini Vüqar İbrahimov və Tərtər rayon sakini Vüqar Baxşəliyev saxlanılıblar.

Ətraflarında davam etdirilən istintaq-əməliyyat tədbirləri ilə onların digər cinayətinin üstü açılıb.

Belə ki, cari ilin fevral ayında Bərdə rayon sakini Məzahir Cəfərovun evindən 22230 manat pul oğurladıqları müəyyən olunub. Dindirilmə zamanı hər iki şəxs törətdikləri cinayət əməlini etiraf edib.

23.03.2018 tarixinə olan kriminal məlumatlar