DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Binəqədi rayonu ərazisində “Azərişıq” ASC-nin Xırdalan Enerji və Satış idarəsinə məxsus yeraltı kabelin 2000 metrlik hissəsini kəsilərək oğurlamaqda şübhəli bilinən N.Vəliyev saxlanılmışdır

23.03.2018

Martın 23-də Binəqədi rayonunun Hökməli qəsəbəsi ərazisində, “Azərişıq” ASC-nin Xırdalan Enerji və Satış idarəsinə məxsus yeni çəkilmiş, lakin istifadəyə verilməmiş yeraltı kabelin 2000 metrlik hissəsi kəsilərək oğurlanmışdır.

Binəqədi RPİ 40-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Nicat Vəliyev saxlanılmışdır.

23.03.2018 tarixinə olan kriminal məlumatlar