DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Saatlı rayonunun Qaralar kəndi ərazisində “Hovo” və “Mercedes” markalı avtomobillər toqquşmuşdur

23.03.2018

Martın 23-də saat 17 radələrində Saatlı rayonunun Qaralar kəndi ərazisində Hacıqabul rayon sakini Mehman Rəsulovun idarə etdiyi “Hovo” və İmişli rayon sakini Əli Allahverdiyevin idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşmuşdur.

Nəticədə Ə.Allahverdiyev və sərnişinlərindən həmyerlisi Peyman İsgəndərov hadisə yerində ölmüş, digər 2 sərnişini xəstəxanaya yerləşdirilmişdir.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

23.03.2018 tarixinə olan kriminal məlumatlar