DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Tərtər rayonunun Köçərli kənd sakini Əli Əlisoydan 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürülmüşdür

21.03.2018

Martın 20-də Tərtər rayonunun Köçərli kəndi ərazisində keçirilən bayram şənliyində, kənd sakini Əli Əlisoy xuliqanlıq zəminində tüfəngdən havaya 1 dəfə atəş açmışdır.
Tərtər  RPŞ-nin əməkdaşları tərəfindən Ə.Əlisoyun evinə baxış zamanı oradan 1 ədəd müvafiq sənədləri olmayan “İJ-28” markalı ov tüfəngi aşkar edilərək götürülmüşdür.