DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Yevlax rayonunun Yuxarı Salamabad kənd sakini Xəyal Yusifovu qətlə yetirməkdə şübhəli bilinən Mahir Paşayev saxlanılmışdır

20.03.2018

Martın 20-də Yevlax rayonunun Yuxarı Salamabad kəndi ərazisindən kənd sakini, əvvəllər məhkum olunmuş Xəyal Yusifov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmkəndlisi, əvvəllər məhkum olunmuş Mahir Paşayev saxlanılmışdır.