DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən narkotik vasitələr aşkar edilərək götürülmüşdür

20.03.2018

Baş Narkotiklərlə Mübarizə İdarəsi və Sabunçu RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağstafa rayon sakini Çingiz Mansurovdan 51,42 qram, onun Balaxanı qəsəbəsindəki evinə baxış zamanı isə 123,42 qram heroin aşkar edilərək götürülmüşdür.

Görülmüş tədbirlərlə Ç.Mansurova narkotik vasitəni vermiş qohumu Emin Tağıyev və Balaxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Azad Dadaşov saxlanılmışlar.

A.Dadaşovun evinə baxış zamanı 56,328 qram heroin aşkar edilərək götürülmüşdür.