DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Gün ərzində 115 cinayət faktı qeydə alınmışdır

19.03.2018

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 115 cinayət faktı qeydə alınmış, onların da 14-ü “isti izlər”lə açılmışdır.

  • Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunmuşdur.
  • Axtarışda olduğuna görə 35 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilmişdir.
  • Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 7 nəfər xəsarət almışdır.
  • Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3 fakt müəyyən edilmişdir.
  • Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər saxlanılmışdır.