DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Şəki rayonunun Aşağı Küngüt kəndi ərazisində yol-nəqliyyat hadisəsi

19.03.2018

Martın 19-da saat 23 radələrində Şəki rayonunun Aşağı Küngüt kəndi ərazisində Kiçik Dəhnə kənd sakini Allahverdi Mustafayev idarə etdiyi “VAZ-21064” markalı avtomobili yolun kənarındakı ağaca vurmuşdur. Nəticədə onun sərnişinlərindən həmkəndliləri Adəm Adıgözəlov və Murad Həşimov hadisə yerində ölmüş, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilmişlər.

Şəki ŞRPŞ tərəfindən araşdırma aparılır.