DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Nərimanov rayonu ərazisindəki evlərdən birinin zirzəmisində silah-sursat aşkar edilərək götürülmüşdür

18.03.2018

Martın 18-də Nərimanov rayonu ərazisindəki evlərdən birinin zirzəmisində təmir işləri aparan Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş Nəriman Cəfərov silah-sursat tapması barədə 16-cı Polis Bölməsinə məlumat vermişdir.

Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı oradan 1 ədəd avtomat silahı, 254 ədəd müxtəlif çaplı patron, 3 ədəd patron darağı aşkar edilərək götürülmüşdür.