DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsində yol-nəqliyyat hadisəsi

17.03.2018

Martın 17-də saat 21 radələrində Suraxanı rayonunun Dədə Qorqud qəsəbəsində Bakı şəhər sakini Elmir Məlikov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Arifə İsmayılovanı vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.
Suraxanı RPİ tərəfindən araşdırma aparılır.