DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Xətai rayonunun M.Hadi küçəsində idarə etdiyi avtomobillə paytaxt sakini S.Şükürovu vuraraq hadisə yerindən yayınmaqda şübhəli bilinən Gürcüstan vətəndaşı İ.Durmuşov saxlanılıb

16.03.2018

Martın 16-da Bakı şəhər sakini Sadiq Şükürovun xəsarətlə xəstəxanaya gətirilməsi barədə Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Bölməsinə məlumat daxil olub.  

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçlirilib və həmin gün saat 15 radələrində S.Şükürovun M.Hadi küçəsində yolu keçərkən avtomobillə vurulduğu məlum olub.

Təxirəsalınmaz tədbirlərlə yol-nəqliyyat hadisəsinin “Opel” markalı avtomobillə törədilməsi müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə həmin avtomobil Bakı-Qazax yolunun 86-cı kilometrliyində Baş Dövlət Yol Polisi İdarəsinin 7-cı tağımının əməkdaşları tərəfindən saxlanılıb. Yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin avtomobilin sürücüsü - Gürcüstan vətəndaşı İsmət Durmuşov istintaqa təhvil verilib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

16.03.2018 tarixinə olan kriminal məlumatlar