DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Ağsu rayonunun İlxıçı kəndi ərazisində yol-nəqliyyat hadisəsi

16.03.2018

Martın 16-da saat 18 radələrində Ağsu rayonunun İlxıçı kəndi ərazisində şəhər sakini Teymurşah İsmiyevin idarə etdiyi “VAZ-2106” markalı  və digər “VAZ-2107” markalı  avtomobillər toqquşmuşdur. Nəticədə T.İsmiyev və sərnişini - arvadı Mehparə, habelə “VAZ-2107” markalı avtomobildə olan Siyəzən rayon sakinləri Nazim Hüseynov, Mehdi Xankişizadə, Orxan Bədəlov və  Pərvin Bayramov hadisə yerində ölmüş, Bakı şəhər sakini Səbuhi Quliyev isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti ağırdır.
Ağsu RPŞ tərəfindən araşdırma aparılır. 

16.03.2018 tarixinə olan kriminal məlumatlar