DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi

16.03.2018

Martın 16-da saat 10 radələrində Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində Tərtər rayon sakini Bəhruz Hümbətov idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən Bakı şəhər sakini Şahin Sevdimalıyevin idarə etdiyi “Bomog” markalı traktora vurmuşdur. Nəticədə B.Hümbətovun sərnişinlərindən - arvadı Şəlalə və qohumu Kamilə İsmayılova hadisə yerində ölmüş, digər sərnişinləri, azyaşlı uşaqları Səbuhi, Rəşad və Umud xəstəxnaya yerləşdirilmişlər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

16.03.2018 tarixinə olan kriminal məlumatlar