DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Oğurluqda şübhəli bilinən Qəbələ rayonunun Qaradeyin kənd sakini Qəhrəman Əfəndiyev saxlanılmışdır

15.03.2018

Qəbələ RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 6-na keçən gecə Şəfilli kəndindəki həyətlərin birindən 1 baş qoyun oğurlamaqda şübhəli bilinən Qaradeyin kənd sakini Qəhrəman Əfəndiyev saxlanılmışdır.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun mart ayı ərzində 4 həyətyanı sahədən 4 baş qoyun oğurlaması da müəyyən edilmişdir.