DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Saray qəsəbəsindən qəsəbə sakini Muğan Şalikovu vuraraq qətlə yetirməkdə şübhəli bilinən qohumu Vüqar Həsənov tutulub

17.01.2018

Yanvarın 15-də Abşeron rayonunun Saray qəsəbəsindən qəsəbə sakini Muğan Şalikovun yıxılaraq kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilməsi barədə DİN-in “102 Xidməti-Zəng Mərkəzi”nə məlumat daxil olmuşdur.

Abşeron RPİ əməkdaşları tərəfindən aparılmış təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində M.Şalikovun həmin gün Saray qəsəbəsi ərazisində aralarında yaranmış münaqişə zəminində qohumu Vüqar Həsənov tərəfindən döyülməsi müəyyən edilmişdir.

M.Şalikov yanvarın 17-də xəstəxanada ölmüşdür.

Faktla əlaqədar cinayət işi başlanılmışdır. 

V.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilmişdir. 

17.01.2018 tarixinə olan kriminal məlumatlar