DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Qəza törədərək hadisə yerindən qaçmaqda şübhəli bilinən sürücü Balakən rayonunun Xalatala kənd sakini Şaban Dibirov polis əməkdaşları tərəfindən saxlanılıb

17.01.2018

Yanvarın 14-də Balakən rayon sakini Nurlan Sabirovun aldığı ağır xəsarətlər nəticəsində xəstəxanaya yerləşdirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal müvafiq tədbirlər həyata keçirilib. Araşdırmalarla həmin gün saat 23 radələrində Talalar kəndi ərazisində yolu keçən Tülü kənd sakini Nurlan Sabirovun müəyyən edilməyən avtomobillə vurulması və xəsarətlə xəstəxanaya yerləşdirilməsi məlum olub.

Əməliyyat-axtarış tədbirləri ilə yol-nəqliyyat hadisəsinin “Audi” markalı avtomaşınla törədilməsi müəyyən edilib. Qəzanı törədərək hadisə yerindən qaçmaqda şübhəli bilinən həmin avtomobilin sürücüsü, Xalatala kənd sakini Şaban Dibirov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır. 

17.01.2018 tarixinə olan kriminal məlumatlar