DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Soyğunçuluqda şübhəli bilinən Gəncə şəhər sakini Elmir Nağıyev saxlanılıb

17.01.2018

Yanvarın 10-da Gəncə şəhər sakini olan qadın qızıl boyunbağısının boynundan qoparılıb aparılması barədə Kəpəz Rayon Polis İdarəsinə müraciət edib.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Həyata keçirilən əməliyyat tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalarla onun Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elmir Nağıyev olması müəyyən edilib. Saxlanılan şəxsin həmçinin zərərçəkmişin qohumu olması da məlum olub. 

17.01.2018 tarixinə olan kriminal məlumatlar