DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Xızı rayonunun Giləzi qəsəbəsində yol-nəqliyyat hadisəsi

16.01.2018

Yanvarın 16-da saat 20 radələrində Xızı rayonunun Giləzi qəsəbəsində rayon sakini Vamiq Cəfərovun idarə etdiyi “Chevrolet” və naməlum sürücünün idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşmuşdur. Bu zaman sürücülər arasında münaqişə baş vermiş, “VAZ-2106” markalı avtomobilin sürücüsü V.Cəfərova bıçaqla xəsarət yetirərək hadisə yerini tərk etmişdir. Nəticədə V.Cəfərov hadisə yerində ölmüşdür.

Xızı RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

16.01.2018 tarixinə olan kriminal məlumatlar