DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Yasamal rayonu ərazisində törədilən qətlin üstü “isti izlər”lə açılıb

14.01.2018

Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Yasamal rayonu ərazisində törədilən qətlin üstü “isti izlər”lə açılıb və cinayəti törətməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb edilib.

Yanvarın 14-də Bakı şəhər sakini Şahin Ələsgərovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə məlumat daxil olub.

Dərhal rayon Polis İdarəsi və prokurorluğu əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Peşəkarlıqla həyata keçirdilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Vidadi Rzayev saxlanılaraq istintaqa cəlb olunub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə zəruri  istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.