DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Soyğunçuluq etməkdə şübhəli bilinən paytaxt sakinləri Pərviz Quliyev və Elməddin Quliyev saxlanılmışlar

14.01.2018

Yanvarın 14-də paytaxtın Nizami rayonu ərazisində 2 naməlum şəxs Bakı şəhər sakini Elmar Məmmədovun 113 manatını açıq talama yolu ilə almışlar.
Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuşlar Pərviz Quliyev və Elməddin Quliyev saxlanılmışlar.