DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Oğurluğa görə axtarışda olan Rakim Babalıyev saxlanılaraq istintaqa təhvil verilib

11.01.2018

Yasamal RPİ 26-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Rakim Babalıyev saxlanılaraq istintaqa təhvil verilib.

Ətrafında aparılan tədbirlərlə onun ötən ilin sentyabrın 15-dən cari il yanvarın 9-dək olan müddətdə Bakı şəhər sakinləri olan İ.İmanova, R.Mikayılova, R.Məcidova, J.Salahovaya məxsus 4 avtomobildən, 1 evdən pul və məişət əşyaları, habelə 2 qadının mobil telefonlarını oğurlaması da müəyyən edilib.