DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Qax rayon sakini Xədicəbəyim Seyidəliyevanı qətlə yetirməkdə şübhəli bilinən nəvəsi Nihat Muradov saxlanılaraq istintaqa təhvil verilmişdir

09.01.2018

Yanvarın 8-də Abşeron rayonunun Saray qəsəbəsində yaşayan Nicat Muradovun evində Qax rayon sakini olan qayınanası Xədicəbəyim Seyidəliyevanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılmışdır.

Evdən qızıl əşyaların oğurlanması da müəyyən edilmişdir.

Abşeron Rayon Polis İdarəsi və rayon Prokurorluğu  əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən qadının nəvəsi Nihat Muradov saxlanılaraq istintaqa təhvil verilmişdir.
Araşdırmalarla hadisənin tamah məqsədilə törədilməsi müəyyən edilmiş və ondan qızıl əşyalar maddi sübut kimi götürülmüşdür.

09.01.2018 tarixinə olan kriminal məlumatlar