DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Arvadı Axirə Nadirovanı qətlə yetirməkdə şübhəli bilinən Kürdəmir rayon sakini Elgün Ağasənov saxlanılmışdır

09.01.2018

Yanvarın 9-da Abşeron rayonunun Xırdalan şəhəri 20 Yanvar küçəsindəki evlərdən birinin həyətində Kürdəmir rayon sakini Elgün Ağasənov münaqişə zəminində arvadı Axirə Nadirovaya bıçaqla xəsarət yetirib hadisə yerini tərk etmişdir. Nəticədə A.Nadirova hadisə yerində ölmüşdür.

Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Ağasənov saxlanılmışdır.

Araşdırma aparılır.

09.01.2018 tarixinə olan kriminal məlumatlar