DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Avtomobil qaçırmaqda şübhəli bilinən şəhər sakini Yunis İmanov saxlanılmışdır

09.01.2018

Yanvarın 9-na keçən gecə Xırdalan şəhərinin ərazisindən şəhər sakini Ehtiram Nəcəfova məxsus “VAZ-2106” markalı avtomobil qaçırılmışdır.

Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobili qaçırmaqda şübhəli bilinən şəhər sakini Yunis İmanov saxlanılmış, avtomobil isə Yasamal rayonu ərazisində tapılmışdır.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.

09.01.2018 tarixinə olan kriminal məlumatlar