DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Oğurluqda şübhəli bilinən Lerik şəhər sakini Səbuhi Məmmədzadə tutulub

18.11.2017

Lerik RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində  noyabrın 15-də rayon ərazisindəki evlərdən birindən 250 manat, 5100 manat dəyərində qızıl əşyalar və sənəd oğurlamaqda şübhəli bilinən şəhər sakini Səbuhi Məmmədzadə tutulub. Onun sentyabrın 7-də daha bir evdən 16 manat və bəzək əşyaları oğurlaması da müəyyən edilib.