DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Polis belə hallarla da barışmaz mübarizə aparır

17.11.2017

Apteklərdə güclü təsiredici dərman preparatlarınını qanunsuz satılmasına qarşı polis orqanları tərəfindən zəruri tədbirlər həyata keçirilməkdədir.

Növbəti belə tədbir Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilib.

Daxil olmuş məlumat əsasında A.Kunanbayev küçəsində fəaliyyət göstərən apteklərdən birinə baxış keçirilib. Bu zaman oradan güclü təsiredici maddə hesab edilən 20 ədəd “Tramadol” həbləri aşkar edilərək götürülüb.

Aptekdə işləyən Bakı şəhər sakini Nicat Qaragözov pisixotrop dərmanların qanunsuz satışı ilə məşğul olmaqda şübhəli bilinərək saxlanılıb.

Faktla bağlı araşdırma aparlır. 

17.11.2017 tarixinə olan kriminal məlumatlar