DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Ucar rayonunun kənd sakini Tural Əsədov yerləşdirildiyi xəstəxanada ölüb

17.11.2017

Noyabrın 16-da saat 22 radələrində Ucar rayonunun Ənvər Məmmədxanlı kəndi ərazisində Bərguşad kənd sakini Eldəniz Səbzəliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolun kənarı ilə gedən kənd sakini Tural Əsədovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən T.Əsədov noyabrın 17-də orada ölüb.
Ucar RPŞ tərəfindən araşdırma aparılır. 

17.11.2017 tarixinə olan kriminal məlumatlar