DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən narkotik vasitələr aşkar edilərək götürülüb

15.11.2017

Zaqatala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitə ilə tutulan Zaur İsmayılova narkotik vasitəni satmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Namiq Əhmədov müəyyən edilərək tutulub.

Onun yaşadığı evin həyətinə baxış zamanı 335 qram marixuana aşkar edilərək götürülüb.

Araşdırma zamanı N.Əhmədovun qohumu Sərvan Vəliyevin yaşadığı evin həyətində gizlətdiyi 470 qram marixuana da aşkar edilərək götürülüb.