DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Beyləqan rayonunun Bünyadlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi

12.11.2017

Noyabrın 12-də saat 11 radələrində Beyləqan rayonunun Bünyadlı kəndi ərazisində Ağstafa rayon sakini Nizami Əhmədov idarə etdiyi “QAZ-21029” markalı avtomobili aşırması nəticəsində yanğın baş verib. Nəticədə N.Əhmədovun sərnişinləri - arvadı Gülüstan və qaynı Bəhruz Salıfov xəstəxanaya yerləşdirilib, B.Salıfov orada ölüb.
Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.