DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Quldurluq etməkdə şübhəli bilinən Ağdam rayon sakini Elmidar Məmmədov, Bərdə şəhər sakinləri Aftandil Axundov, Murad Hüseynov və Şirxan İmanov tutulmuşdur

21.09.2017

Sentyabrın 21-də Bərdə Rayon Polis Şöbəsinə vətəndaşa qarşı quldurluq edilməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə gələn əməliyyat qrupu müvafiq müayinələr aparıb. Araşdırmalarla müəyyən edilib ki, saat 6 radələrində 4 naməlum şəxs qapını sındırmaq yolu ilə şəhər sakini Orxan Kərimovun kirayədə yaşadığı evə girərək onu döyüb, bıçaqla hədələyərək 200 manat pulunu və 2 mobil telefon aparıblar.  

Təxirəsalınmaz tədbirlərlə quldurluğu törədənlər müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri ilə Ağdam rayon sakini Elmidar Məmmədov, Bərdə şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Aftandil Axundov, Murad Hüseynov və Şirxan İmanov şübhəli şəxs qismində saxlanılaraq maddi sübutlarla birgə Polis Şöbəsinə gətiriliblər. Ş.İmanovun üzərinə baxış zamanı 1 ədəd bıçaq və 0,98 qram heroin aşkar edilərək götürülüb.
Faktla əlaqədar cinayət işi başlanılıb. İstintaq aparılır.

21.09.2017 tarixinə olan kriminal məlumatlar