DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində yol-nəqliyyat hadisəsi

20.09.2017

Sentyabrın 20-də saat 7 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində Lənkəran rayon sakinləri Samir Qasımovun  və İsfəndiyar Sadıxovun idarə etdikləri “Mercedes” və Bakı şəhər sakini Ədalət Babayevin idarə etdiyi “KamAZ” markalı 3 avtomobil toqquşub. Nəticədə S.Qasımov və sərnişinləri -Lənkəran rayon sakinləri Çingiz Nəsirov, Mahir Əhmədov və Pəri Əhmədova hadisə yerində, İlhamə Kazımova isə xəstəxanada ölüblər.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

20.09.2017 tarixinə olan kriminal məlumatlar