DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Masallı rayonunun Qızılağac kənd sakini Afiq Allahverdiyevi qətlə yetirməkdə şübhəli bilinən qohumu Vüsal Hüseynov tutulub

18.09.2017

Sentyabrın 18-də Masallı rayonunun Qızılağac kəndi ərazisindən kənd sakini, əvvəllər məhkum olunmuş Afiq Allahverdiyev çənə və baş sümüyünün sınığı xəsarəti ilə xəstəxanaya gətirilib və orada ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən qohumu Vüsal Hüseynov tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb.