DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Avtomobilinin qaçırılması barədə məlumat vermiş Bakı şəhər sakini Asif Abdullayev sərxoş olduğu üçün avtomobili saxladığı yeri unutduğunu bildirib

18.09.2017

Sentyabrın 17-də Bakı şəhər sakini Asif Abdullayev DİN-in “102” Zəng Mərkəzinə Bakıxanov qəsəbəsi ərazisindən “Mercedes” markalı avtomobilinin qaçırılması barədə məlumat verib.
Sabunçu RPİ 13-cü PB əməkdaşları tərəfindən aparılan araşdırma nəticəsində məlumat təsdiqini tapmayıb. İzahatında A.Abdullayev sərxoş olduğu üçün avtomobili saxladığı yeri unutduğunu və buna görə qaçırıldığını düşündüyünü bildirib.