DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Fərid Məmiyev tutulub

21.07.2017

Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 20-də rayon ərazisindəki qarajlardan birindən monitor və yaddaş kartı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fərid Məmiyev tutulub. Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun iyulun 18-də rayon ərazisindəki çay evlərindən birindən 4 ədəd televizor, 13 ədəd oyun aparatı, 26 ədəd pult və 1 ədəd noutbuk oğurlaması da müəyyən edilib.